Nazirliyin cərimələdiyi firma haqda şok İDDİA

1-02-2016, 20:06           
Nazirliyin cərimələdiyi firma haqda şok İDDİA
İngiltərənin iki böyük geyim markası – "Next” və H&M-in Türkiyədə yerləşən fabriklərində suriyalı uşaqların əməyindən istifadə edilir.

VİZUAL.az xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu "İndependent” qəzeti məlumat yayıb.
Xəbərə görə, ucuz işçi qüvvəsi kimi Suriyadan gələn miqrantlardan yararlanan şirkətlər bu yolla son 1 il ərzində xeyli qazanc götürə bilib.
Qeyd edək ki, Çin, Kamboca və Banqladeşlə bərabər Türkiyə də İngiltərədə satılan tekstil məhsullarının ən böyük istehsalçılarından biridir. Bu səbəbdən adıçəkilən ölkələrdə "Next” və H & M ucuz işçi qüvvəsindən istefadə etməkdə maraqlıdır.
Xatırladaq ki, ötən ilin iyulunda H&M markasının Bakıda "H&M Baku” filialı açılıb. Şirkət Azərbaycanda tekstil bazarında hələlik öz yerini tuta bilməyib.
Çünki brendin Bakıda müştərilərə təqdim etdiyi məhsullar Türkiyə fabriklərində ucuz işçi qüvvəsi hesabına istehsal olunur və o qədər də keyfiyyətli deyil.
"H&M Baku” filialı bir müddət əvvəl ciddi vergi pozuntusuna yol verib. Vergilər Nazirliyinin mağazada apardığı auidit yoxlaması zamanı bor sıra nöqsanlar aşkar olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.