Türkiyədə 75 terrorçu zərərsizləşdirildi

20-12-2020, 14:08           
Türkiyədə 75 terrorçu zərərsizləşdirildi
Türkiyə təhlükəsizlik qüvvələri son bir ayda ölkə daxilində və dövlət sərhədlərindən kənar bölgələrdə PKK/KCK/PYD-YPG, FETÖ və İŞİD terrorçu birləşmələrinə qarşı ümumilikdə 45 antiterror əməliyyatı həyata keçirib.

Teleqraf.com Türkiyə Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, bu əməliyyatlar nəticəsində ümumilikdə 75 terrorçu zərərsizləşdirilib. Məlumatda bildirilir ki, dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən 7 min 233 nəfər saxlanılıb. Bildirilir ki, həmin şəxslər arasında 17-si FETÖ mənsubu olmaqla, 34 nəfər terrorçu olub.

Qeyd edək ki, hazırda Türkiyə hökuməti terrorçuluqla mübarizəni antiterror əməliyyatları, müxtəlif səbəblərdən terror təşkilatlarına qoşulan şəxsləri təbliğat yolu ilə təsliminə nail olmaq və mükafatlandırma əsasında terrorçuların yerini müəyyən etmək kimi üç mühüm istiqamətdə aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru