Ərdoğana qarşı təxribat: Evinin önündə terrorçular tutuldu... / FOTO

20-12-2020, 18:55           
Ərdoğana qarşı təxribat: Evinin önündə terrorçular tutuldu... / FOTO
Terror təşkilatı DHKP-C-nin üzvü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın evinin qarşısında gizli şəkildə fotolar çəkərkən saxlanılıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Türkiyənin “Milliyət” qəzeti məlumat yayıb.

Məlumata görə, adı ictimaiyyətə açıqlanmayan şəxs Ərdoğanın Üsküdar Kısıklıdakı iqamətgahını lentə alarkən təhlükəsizlik əməkdaşları tərəfindən yaxalanıb.

Təşkilat nümayəndələrindən ibarət digər 21 nəfər də iqamətgahın yerləşdiyi ərazinin yaxınlığında ələ keçirilib.

Saxlanılan şəxsin iqamətgahın yanında müxtəlif fotolar çəkdiyi, digər təşkilat nümayəndəlirini gözlədiyi və təxribata hazırlaşdıqları məlum olub.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru