Türkiyədə dəhşətli hadisə: 2 nəfər topağın altında qaldı

21-12-2020, 00:03           
Türkiyədə dəhşətli hadisə: 2 nəfər topağın altında qaldı
Adananın Sarıçam rayonunun Suluca məhəlləsində quyunun çökməsi nəticəsində 2 nəfər torpağın altında qalıb.

Bu barədə Türkiyə KİV-ləri xəbər verir.

Adanada su quyusu qazmaq üçün çalışan iki işçi torpağın altında qalıb. İşçiləri xilas etmək səyləri davam edir. Əldə edilən məlumata görə, hadisə Sarıçam rayonunun Suluca Məhəlləsində baş verib. İddialara görə, su quyusu qazmaq üçün quyuya girən 2 işçinin üstünə torpaq çöküb. Ətrafdakılar hadisəni görəndən sonra bölgəyə xilasetmə qrupları göndərilib. İşçiləri 5-6 metr dərinliyində quyudan qurtarmaq üçün səfərbər olunan qruplara vətəndaşlar da dəstək olmağa başlayıb. Ətrafdakıların da köməyi ilə torpaq altında qalan iki nədər xilas edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru