"Qanlı Milad" mesajı: Türk əsgərindən vaz keçməyəcəyik!

21-12-2020, 00:09           
"Qanlı Milad" mesajı: Türk əsgərindən vaz keçməyəcəyik!
Əziz şəhidlərimizin hüzurunda deyirik ki, suverenliyimizdən, azadlığımızdan, Ana Vətən Türkiyənin qarantından, türk əsgərindən vaz keçməyəcəyik.

KONKRET.az xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar deyib.

“1963-cü ilin 21 dekabrında Şimali Kipr xalqını yox etmək üçün başladılmış qanlı soyqırımın 57-ci ildönümüdür. Tarixə “Qanlı Milad” kimi düşən bu hücumlarda xalqımız diri-diri qətliam çuxurlarına basdırılıb. Amma Türkiyənin liderliyində başladığımız hərəkatla xalqımız düşmənə boyun əyməyib. Ana Vətən Türkiyədən, əziz şəhidlərimizdən aldığımız bu vəzifədə mübarizəyə davam edəcəyik”, – Ə.Tatar bildirib.

Qeyd edək ki, 21 dekabr 1963-cü ildə Kipr türklərinə qarşı hücumlar nəticəsində 364 Kipr türkü və 174 kiprli yunan həyatını itirib. Həmçinin 8667 Kipr türkü 103 kəndi tərk etmək məcburiyyətində qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru