Fatma Ceren Yazqan: "Türkiyə-Gürcüstan-Azərbaycan əməkdaşlığına qarşı cəhd nəticəsizdir"

24-12-2020, 05:07           
Fatma Ceren Yazqan:
“Türkiyə-Gürcüstan strateji tərəfdaşlığı, həmçinin Türkiyə-Gürcüstan-Azərbaycan əməkdaşlığına hədəflənən dezinformasiya cəhdləri nəticəsizdir”.

Publika.az xəbər verir ki, bunu Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan tvitterdəki hesabında yazıb.

Xatırladaq ki, Türkiyə səfiri dünən Gürcüstanın Xarici İşlər Nazirliyinə çağırılıb. Buna səbəb Türkiyənin iri banklarının Gürcüstanın işğal altında olan Abxaziya bölgəsində “World” kartlarının sahiblərinə xidmət göstərmələri barədə yayılan informasiyalar olub. F.C.Yazqan bu məlumatları yalan və dəqiqləşdirilməmiş adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru