Türkiyə hansı vaksini alır? - NAZİR AÇIQLADI

24-12-2020, 23:32           
Türkiyə hansı vaksini alır? -
Türkiyə gələn il martın sonuna kimi Amerika şirkəti “Pfizer” və onun alman partnyoru “BioNTech”in istehsalı olan koronavirus vaksininin 4,5 milyon dozasını almaq istəyir.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyinin başçısı Fahrettin Koca bildirib.

"Çünki bu peyvəndi iki etnik türk hazırlayırdı, biz lap əvvəldən Türkiyənin ondan istifadə etməsini istəyirdik. Problem istehsalçının məsuliyyətində idi. Danışıqların gedişatında bu məsələnin həllinə qismən nail olundu.

Martın sonuna kimi 4,5 milyon doza almaq istəyirik, o cümlədən yanvarda 1-1,5 milyon", - Koca jurnalistlərə deyb.

O, əlavə edib ki, müqavilə peyvəndin 30 milyon dozasını çatdırmanı nəzərdə tuta bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru