Türk ordusuna savaş elan edən generala sərt cavab: “Biz də hazırıq”

25-12-2020, 10:31           
Türk ordusuna savaş elan edən generala sərt cavab:
Liviya ordusunun generalı Üsamə Cüveyli qiyamçıların lideri Xəlifə Haftarın Türkiyə qüvvələrinə qarşı müharibəyə hazırlaşmaq çağırışına sərt təpki verib.

Teleqraf.com xəbər verir ki, general döyüşmək istəyən tərəf üçün nəticələrinin dəhşətli olacağını bildirib.

General-mayor Cüveyli qiyamçıların ölkənin qərb bölgəsində qarşıdurma yaratmaq niyyətinə düşdüyünü deyib:

“Mübarizə aparmaq istəyən hər hansı tərəf üçün nəticələr dəhşətli olacaq və ona verəcəyimiz cavabı da nəzərə almalıdır”.

Liviya Silahlı Qüvvələrinin sözçüsü Məhəmməd Kununu da Haftarın hökumət və müttəfiqi türk qüvvələrinə qarşı cavabına sərt reaksiya verib: “Əgər siz savaşa hazırsınızsa, biz də hazırıq. Təcavüzkarlar və hərbi cinayətkarlarla barışıq təmin edilə bilməz. Yeriniz yalnız həbsxanadır. Ədalətli mühakimə olunana qədər sizi izləyəcəyik”.

General Xəlifə Haftar son çıxışında Liviyadakı Türkiyə qüvvələrinə savaş elan edib: “Bütün qüvvələrimizi Liviyadakı türk qüvvələrinə qarşı müharibəyə hazır olmağa çağırıram”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru