Türkmənistan lideri COVID-19-u biyan kökü ilə müalicə etməyi təklif etdi

26-12-2020, 08:33           
Türkmənistan lideri COVID-19-u biyan kökü ilə müalicə etməyi təklif etdi
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov bildirib ki, yeni növ koronavirus infeksiyasına qarşı müalicədə biyan kökündən istifadə edilməlidir.

“Report” xəbər verir ki, bu barədə ölkə lideri hökumətin iclasında bildirib.

Q. Berdimuhamedov biyan kökünün müsbət xüsusiyyətləri barədə “Türkmənistanın dərman bitkiləri” kitabının birinci cildində məlumat verdiyini qeyd edib.

“Alimlər qeyd edirlər ki, biyanın tərkibinə daxil olan aktiv maddə - qlisirizik turşusu, bütün dünyanın mübarizə apardığı pandemiyanın yayılmasının qarşını alır. Az miqdarda biyan belə bu infeksiyanın məhvində yaxşı nəticə göstərir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.