Türkiyədə virusdan günlük ölüm 250-ni ötdü

27-12-2020, 00:39           
Türkiyədə virusdan günlük ölüm 250-ni ötdü
Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 253 nəfər dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 19 624 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 15 118 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 133 373 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 23 231 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 1 994 034 nəfər təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru