57 il evli olan cütlük beş saat ara ildə koronavirusdan öldü

28-12-2020, 08:54           
57 il evli olan cütlük beş saat ara ildə koronavirusdan öldü
Türkiyədə 57 il evli olan cütlük koronavirusdan ölüb.

“Haber Global” xəbər verir ki, Nəcməddin Cirit və Birsen Cirit bir müddət öncə koronavirusa yoluxub və Kocaelidəki xəstəxanaya yerləşdirilib.

Bir həftə davam edən müalicəyə baxmayaraq, Nəcməddin gecə saatlarında dünyasını dəyişib. Ondan beş saat sonra isə həyat yoldaşı ölüb.

Cütlük Sakaryada torpağa tapşırılıb.

Qeyd edək ki, Türkiyədə bu günə qədər 2 133 273 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 19 624-ü ölüb, 1 994 034 nəfər isə virusdan sağalıb.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru