Dekabrın 29-da Türkiyə ilə Böyük Britaniya arasında sərbəst ticarət sazişi imzalanacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
“Növbəti ildən həm Türkiyənin, həm də Böyük Britaniyanın qazanacağı yeni bir dövr başlayır. Yüksək ÜDM-li yatırımlarla mövcud kəsirimizi qapadaraq xarici maliyyəyə olan ehtiyacımızı azaldacağıq”, – Ərdoğan qeyd edib.