Türkiyədən Hadrutdakı erməni təxribatına - Sərt reaksiya

29-12-2020, 02:22           
Türkiyədən Hadrutdakı erməni təxribatına - Sərt reaksiya
Silahları təhvil verməyi və geri çəkilməyi rədd edən erməni silahlı qüvvələrinin Yuxarı Qarabağdakı Azərbaycan Silahlı Qüvvələrinə qarşı həyata keçirdiyi hücumlar 10 noyabr Bəyanatı ilə müəyyən edilmiş atəşkəs rejiminin açıq şəkildə pozulmasıdır.

Teref.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmisi Hami Aksoy çıxış edib.

Aksoy 26 noyabr, 8 və 11 dekabr tarixlərində və son olaraq 27 dekabrda erməni silahlı birləşmələrinin hücumları nəticəsində hərbi və mülki itkilərin olduğunu bildirib.

Atəşkəs rejiminin pozulmasında əsas məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü deyən Aksoy Azərbaycanın erməni silahlı elementlərinin bu təxribatlarına qarşı özünümüdafiə hüququndan istifadə edərək lazımi cavabı verdiyini vurğulayıb:

“Ermənistan bölgədə davamlı sülhün dəstəkçisi olmaq üçün gerçəkləri yerində qəbul etməli və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.

Bundan əlavə, Aksoy şəhid olan hərbçimizə görə Azərbaycana başsağlığı verib.axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru