Türkiyədə saxta içkidən zəhərlənərək ölənlərin sayı 100-ə yaxınlaşıb

29-12-2020, 10:11           
Türkiyədə saxta içkidən zəhərlənərək ölənlərin sayı 100-ə yaxınlaşıb
Türkiyədə saxta içkidən son iki gün ərzində daha iki nəfər zəhərlənərək həyatını itirib.

AZƏRTAC xəbər verir ki, ölüm faktı ölkənin Kocaeli və Aydın vilayətlərində qeydə alınıb.

Türkiyədə oktyabrın 9-dan indiyədək saxta içki zəhərlənməsi səbəbindən 100-ə yaxın insan həyatını itirib. Belə ölüm halları ölkənin 15 vilayətində baş verib.

Türkiyədə son bir neçə ay ərzində bu istiqamətdə keçirilən əməliyyatlar nəticəsində tonlarla saxta içki və içkilərin hazırlanmasında istifadə edilən vasitələr aşkarlanaraq müsadirə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru