Beynəlxalq platformalarda bir-birimizə qarşı olmamaq prinsipinə uyğun hərəkət etməyə çalışırıq.
Sozcu.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Misirlə münasibətləri yaxşılaşdırmaq üçün kəşfiyyat səviyyəsində əlaqə var, ancaq bu dialoq Xarici İşlər nazirlikləri səviyyəsində davam edir. Məsələn, Misir İİT-in son iclasında bəzi məsələlərə dair etirazlarını qaldırdı. NATO ilə münasibətlərimizdə də bəzi müsbət addımlar atdıq”, – deyə Çavuşoğlu bildirib.
Qeyd edək ki, Misirlə Türkiyənin ikitərəfli münasibətləri nizamlamaq üçün qapalı görüşlərə başladığı haqda bir müddət öncə məlumat yayılmışdı.