Serbiyadan Türkiyəyə snayper açıqlaması

3-02-2016, 09:22           

Serbiyanın Ankaradakı səfirliyi PKK sıralarında serblərin olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Axar.az xəbər verir ki, səfirlik yaydığı bəyanatda məsələ ilə bağlı rəsmi Ankaradan məlumat tələb etdiklərini bildirib.

“Serbiya vətəndaşlarının 3-cü ölkədə silahlı qruplaşmalara qatılmasını qətiyyətlə pisləyir. Serbiya Milli Məclisi bu addıma görə ağır cəza qanunları qəbul edib. Bu məqamı nəzərə alaraq, yayılan məlumatların Serbiya Respublikası ilə bağlılığı olmadığını bildiririk”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat nəticəsində PKK sıralarında vuruşan serbiyalı snayper tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru