Koronavirus peyvəndi üçün Türkiyənin üç mənbəyi var - Ərdoğan

9-01-2021, 00:18           
Koronavirus peyvəndi üçün Türkiyənin üç mənbəyi var - Ərdoğan
"COVID-19 peyvəndi üçün Türkiyənin üç mənbəyi var. Bunlar Çin, Almaniya və yerli istehsal peyvəndlərdir. Hazırda Çindən ilk partiya olaraq üç milyon doza peyvənd gətirilib. Bu rəqəm 50 milyona qədər çatacaq. Bir o qədər doza peyvənd Almaniyadan gətiriləcək”.

Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Hazırda Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən peyvəndlərlə bağlı müəyyən bir cədvəl çərçivəsində işlərin aparıldığını deyən prezident burada əsas məsələnin əhalinin sağlamlığı olduğunu vurğulayıb.

"Türkiyə səhiyyə baxımından hər bir imkana malikdir, lakin buna baxmayaraq, həkimlər arasında da virusa yoluxma səbəbindən vəfat edənlər var", - deyə Ərdoğan qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru