Ərdoğan da “WhatsApp”-dan imtina edib

11-01-2021, 00:01           
Ərdoğan da “WhatsApp”-dan imtina edib
“WhatsApp” messencerinin konfidensiallıq siyasətini dəyişməsi Prezidentin imtina etməsinə səbəb olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “WhatsApp”-dan istifadə etməyəcək. AYNA xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının yaydığı məlumata görə, ölkə başçısı “WhatsApp”-dan imtina edib.

“WhatsApp” messencerinin konfidensiallıq siyasətini dəyişməsi Prezidentin imtina etməsinə səbəb olub.

Türkiyə Prezident Adminstrasiyası jurnalistləri də Ərdoğanın göstərdiyi nümunədən istifadə etməyə çağırıb.

Qeyd edək ki, bundan əvvəl türkiyəli iş adamı, mühəndis Səlcuq Bayraqdar da “WhatsApp”dan imtina edib.

Xatırladaq ki, “WhatsApp” istifadəçilərinin məlumatlarının “Facebook”-la bölüşüləcəyi məlum olub. “WhatsApp”-ın səhmlərinə nəzarət edən “Facebook” belə qərar verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru