Türkiyədə zəlzələ olub –4,5 bal gücündə

11-01-2021, 07:32           
Türkiyədə zəlzələ olub –4,5 bal gücündə
Türkiyədə 4,5 bal gücündə zəlzələ baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Qeyd edilir ki, yeraltı təkanlar ötən gün yerli vaxtla saat 22:53-də Ankara əyalətində qeydə alınıb. Zəlzələ ocağı 12 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss edilib.

Dağıntı və ya tələfat barədə məlumat verilmir/Report.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.