Türkiyə Rusiyaya yeni şərt qoydu

12-01-2021, 00:09           
Türkiyə Rusiyaya yeni şərt qoydu
"Nə qədər ki, əlavə sanksiyalar tətbiq olunmayıb, biz bunda bir risk görmürük. Əgər istəsək, S-400-lərin ikinci dəsti günü bu gün Türkiyəyə gətirilə bilər".

Rusiya Türkiyədən S-400 zenit raket kompleksinin ikinci dəstini almağın şərtini açıqlayıb. Sputnik Azərbaycan ""-yə istinadla bildirir ki, bu barədə Türkiyə müdafiə sənayesi katibliyinin rəhbəri İsmayıl Dəmir məlumat verib.

"Nə qədər ki, əlavə sanksiyalar tətbiq olunmayıb (ABŞ tərəfindən – red.), biz bunda bir risk görmürük. Əgər istəsək, S-400-lərin ikinci dəsti günü bu gün Türkiyəyə gətirilə bilər. Ancaq bizim üçün birgə istehsal və texnologiyaların ötürülməsi məsələsi çox vacibdir", – deyə o bildirib.

İ.Dəmir onu da əlavə edib ki, Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket kompleksi istifadəyə hazırdır və ehtiyac yaranarsa, tətbiq olunacaq.

Qeyd edək ki, Ankara Türkiyə-Amerika münasibətlərində böhrana səbəb olan S-400 zenit raket kompleksinin Rusiyadan tədarükünə 2019-cu ilin yayında başlayıb. ABŞ Türkiyəni bu addımı atmaqdan çəkindirmək üçün sanksiyalarla hədələyərək sonradan həmin sanksiyaların tətbiqinə başlayıb. Nəticə etibarı ilə ötən ilin sonlarında ABŞ türk məmurlarına və müəssisələrinə qarşı sanksiya tətbiq edib.sputnik












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru