Özbəkistan 7 ölkəyə olan beynəlxalq reyslərə məhdudiyyətlərin müddətini uzadıb

13-01-2021, 06:30           
Özbəkistan 7 ölkəyə olan beynəlxalq reyslərə məhdudiyyətlərin müddətini uzadıb
Özbəkistan COVID-19-un yeni ştammı ilə bağlı Böyük Britaniya, İtaliya, Danimarka, Avstraliya, Avstriya, Niderland və Cənubi Afrika Respublikasına olan beynəlxalq aviareyslərə (giriş-çıxış və tranzit) məhdudiyyətlərin müddətini fevralın 1-dək uzadıb.

Azərtac Özbəkistanın Koronavirusla bağlı Respublika Qərargahının mətbuat xidmətinə istinadla xəbər verir ki, qadağalar bu ölkələrin vətəndaşlarına, adıçəkilən dövlətlərdə yaşayan, vətəndaşlığı olmayan şəxslərə, həmçinin 14 gün bu ölkələrdə yaşayan digər ölkələrin vətəndaşlarına tətbiq olunur.

Bildirilir ki, son 14 gün bu 7 ölkədə olan, lakin üçüncü dövlətdən Özbəkistana gələn xarici ölkə vətəndaşları karantin mərkəzində və ya otellərdə 14 gün müddətinə karantinə yerləşdiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru