“Türkiyə bursları” təqaüd proqramının şərtləri açıqlandı

13-01-2021, 03:13           
“Türkiyə bursları” təqaüd proqramının şərtləri açıqlandı
Türkiyə Cümhuriyyəti 2021-2022-ci tədris ili üzrə “Türkiyə bursları” təqaüd proqramını elan edib.

Bu barədə “Report”un yerli bürosuna Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəisi Abdullah Eren məlumat verib. Onun sözlərinə görə, təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələrini əhatə edir:

“Hər il ənənəvi olaraq həyata keçirilən təqaüd proqramı tələbələr üçün nəzərdə tutulan təhsil haqqı, yataqxana, sığorta və yol xərclərini əhatə edir. Təhsil səviyyəsinə uyğun aylıq təqaüd, bakalavriat səviyyəsi üzrə 800, magistratura səviyyəsi üzrə 1 100, doktorantura səviyyəsi üzrə isə 1 600 türk lirəsidir.

Tədris dili türk dilindədir, namizədlərin yaş həddi bakalavriat səviyyəsi üzrə 21, magistratura səviyyəsi üzrə 30, doktorantura səviyyəsi üzrə isə 35 yaşdan aşağı olmalıdır. Sənəd qəbulunun son müraciət tarixi 20 fevraldır”.

Proqramda iştirak üçün sənədlərin qəbulu https://turkiyeburslari.gov.tr/en/page/prospective-students/how-to-apply internet səhifəsində göstərilən qaydada həyata keçirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.