Tatardan AB-yə peyvənd etirazı: Qəbul etməyəcəyik...

15-01-2021, 07:32           
Tatardan AB-yə peyvənd etirazı:
"5+1" formatında BMT ilə əlaqədəyik. BMT bu görüşlərdə xoşməramlı missiya çərçivəsində iştirak edir. Texniki məlumat AB-dən tələb oluna bilər, lakin AB bu iclasların tərəfi deyil, olmamalıdır.

Axar.az xəbər verir ki, bunu Şimali Kipr Prezidenti Ərsin Tatar AB-nin Cənubi Kipr vasitəsilə peyvənd yardımı etmək barədə qərarına münasibət bildirərkən deyib.

"Kipr məsələsinin özü bizim üçün vacibdir. Bu, "5+1" formatında müzakirə ediləcək məsələdir. Əgər AB bizə pevəndi birbaşa çatırarsa, bunu qəbul edərik. Yunan tərəfi vasitəsilə peyvəndin çatdırılmasını qəbul etməyəcəyik", - Ə.Tatar qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru