Türkiyə dünya ticarətinin mərkəzi olacaq - İranla yeni saziş imzalandı

21-01-2021, 09:06           
Türkiyə dünya ticarətinin mərkəzi olacaq - İranla yeni saziş imzalandı
Türkiyənin hədəfi nəinki öz bölgəsində, həm də dünyada mühüm logistik qovşağa çevrilməkdir. Yeni dünya düzəni şəraitində Türkiyə hakimiyyəti, mütəxəssislərin fikrincə, ölkənin üstünlüklərindən istifadə etməlidir. Ankaranın dünya tiarətinin 35 faizini təşkil edəcək mühüm dəmir yolu layihələrindən «Haber7»-nin (Türkiyə) şərhçisi söhbət açır.

İranla imzalanmış yeni sazişlə Türkiyədən İrana, Mərkəzi Asiya ölkələrinə, Pakistana, Əfqanıstana və Fars körfəzi ölkələrinə yük daşınması milyon tona qədər artacaq. Bu il Naxçıvan dəmir yolu üçün 230 kilometr uzunluğunda relslər döşənəcək və yol öz başlanğıcını Qarsdan götürəcək.

Covid-19 pandemiyasının formalaşdırdığı yeni dünya düzəni şəraitində Türkiyə öz strateji üstünlüklərindən daha çox istifadə edəcək. Məqsədə çatmaq istiqamətində fəaliyyət göstərərək - nəinki öz bölgəsində, həm də dünyada mühüm logistik qovşağa çevrilmək məqsədilə Türkiyə olduqca vacib dəmir yolu layihələri həyata keçirəcək və bu marşrutlar üzrə dünya ticarətinin 35 faizi realizə olunacaq.

Avropa-Çin yolu çəkilib

Hər şeydən əvvəl, bu sferadakı investisiyalar çərçivəsində Çindən Avropaya uzanan «Dəmir ipək yolu» üzrə ixrac qatarı hərəkətə başlayıb. «Türkiyə» qəzetinin xəbər verdiyi kimi, 2019-cu ilin noyabrında Çinin Sian şəhərindən yola düşən Çin qatarı «Marmaray» tunelindən keçərək, Çexiyanın paytaxtı Praqaya gəlib. Bunun ardınca, Türkiyə həmin xətti öz ixracı üçün istifadə etməyə başlayıb. İlk olaraq, Çinə ixrac yükü ilə yola düşən qatar təntənəli surətdə ötən il dekabrın 4-də İstanbuldan yola salınıb. Çerkezköy stansiyasından çıxan qatar iki qitəni, iki dənizi, 5 ölkəni keçərək, iki həftəyə Çinə çatıb.

İran istiqamətinin genişləndirilməsi

İran dəmir yolları ilə yeni saziş imzalanıb, onun sayəsində Türkiyədən İrana, Mərkəzi Asiya ölkələrinə, Pakistana, Əfqanıstana və Fars körfəzi ölkələrinə dəmir yolu yük daşımalarının həcmi il ərzində 400 min tondan 1 milyon tona qədər artacaq. İranla alternativ dəhlizin əsası 1969-cu ildə qoyulub. Yeni sazişlə fəaliyyətdə olan şərait yenilənib. Bu istiqamətdə dəmir yollarının modernləşdirilməsi və qatarların sayının artırılması planlanır.

Naxçıvan yolu çəkiləcək

Bu il Naxçıvan dəmir yolunun relsləri döşənəcək. Bu ideya ilk dəfə Türkiyə və Azərbayan prezidentləri tərəfindən gündəliyə gətirilib. Azərbaycanın Dağlıq Qarabağda qələbəsindən sonra, layihənin reallaşdırılmasını sürətləndirmək qərara alınıb. Sıfırdan başlamaqla, Qarsdan və İğdırdan Naxçıvana 230 kilometrlik dəmir yolu xəttinin tikilməsi planlaşdırılır. Xətt oradan İrana, Əfqanıstana və Pakistana aparan yollarla birləşəcək. Xəttin tikintisinə 2 milyard türk lirəsinin xərclənəcəyi gözlənilir. Bununla Naxçıvan iqtisadiyyatı da yük daşımasına qoşulacaq.

Halkalı - Qapıkule

Halkalı-Qapıkule xəttinin tikintisi Avropa ölkələri ilə yüksək standartlı dəmir yolu nəqliyyatını təmin edəcək. Bu layihə artıq 25 faiz gerçəkləşdirilib. Çərkəzköy-Qapıkule hissəsinin tikintisi 2023-cü ildə başa çatacaq. Uzunluğu 76 kilometr təşkil edəcək Halkalı-Çərkəzköy hissəsi üzrə tender hazırlığ işləri davam edir. Bu xətt üzrə qatarların hərəkət müddəti 4 saatdan 1,2 saata qədər qısalacaq, yük daşınması isə 6,5 saatdan 2,2 saata enəcək. Layihə çərçivəsində Ədirnə, Kırklareli və Tekirdağ əyalətləri yüksək sürətli yol şəbəkəsinə qoşulacaq. Halkalı-Qapıkule dəmir yol xətti «Dəmir ipək yolu»nun Londondan Pekinə qədərki əhəmiyyətini əlavə olaraq, möhkəmlədəcək.

Bu sahələr fəallaşacaq

Bu il Türkiyə-Çin biznesin inkişafı assosiasiyasının təşəbbüsü ilə «Dəmir ipək yolu ölkələrinin Forumu» baş tutacaq. Türkiyə biznesmenlərinin Çinə və bu dəhlizdə yerləşən digər ölkələrə sata biləcəkləri bütün məhsullar təqdim olunacaq. Dağ-mədən, elektron ticarət, yeyinti sənayesi, kənd təsərrüfatı, energetika, informasiya texnologiyaları, turizm və logistika kimi sahələr öz dövriyyəsini əhəmiyyətli dərəcədə artıracaq.azpolitika./шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.