Türk ordusu hazırdır: bu, baş tutarsa, xətt dağılacaq

24-01-2021, 11:13           
Türk ordusu hazırdır: bu, baş tutarsa, xətt dağılacaq
Türkiyənin Sincarla bağlı mümkün əməliyyatı bölgədə terror dövlətinin qurulmasının qarşısını almaqla bərabər bir çox problemi aradan qaldıra bilər.

Teref.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkə mətbuatına açıqlamasında türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.

O bildirib ki, belə bir əməliyyat keçirilərsə, PKK/YPG-nin İraq-Suriya istiqamətində qurduğu xətt də dağıdılacaq:

"Bundan başqa, belə bir əməliyyatın başlaması bölgədə xaosun yaranması deməkdir. İranın da əməliyyata qarşı çıxacağını ehtimal etməliyik. Çünki İranın PKK/YPG-dən öz maraqları üçün istifadə etdiyini bilirik. Bu yalnız YPG-PKK-ya qarşı deyil, çoxkomponentli bir əməliyyat ola bilər. Əgər sadəcə Türkiyə İraq hökuməti ilə razılaşarsa, yenə də bir çox problemlə üz-üzə gələcək. Buna baxmayaraq, Türkiyə əməliyyatı keçirəcək qüvvədədir".

Qeyd edək ki, Ərdoğan ötən gün belə bir əməliyyatı istisna etməmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru