24 yaşlı gənc öz qohumunu BALTALADI - FOTO

27-02-2021, 12:32           
24 yaşlı gənc öz qohumunu BALTALADI - FOTO
Türkiyədə 24 yaşlı gənc mübahisə etdiyi qohumunu balta ilə öldürdü.

Sonxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kastamonu şəhərində 24 yaşlı Əmrah.Ç ilə qohumu Hakan.Ç arasında naməlum səbəbdən mübahisə düşüb.

Mübahisə zamanı əsəblərini cilovlaya bilməyən Əmrah.Ç əlinə keçirdiyi balta ilə Hakan.Ç-nın başından zərbə endirib. Başından aldığı zərbə nəticəsində Hakan.Ç qan içində yerə yıxılıb. Hadisə yerinə təcili tibbi yardım və polis çağrılıb.

Həkimlərin səyinə baxmayaraq, Hakan.Ç-nın həyatını xilas etmək mümkün olmayıb.

Qohumunu qətlə yetirən Əmrah.Ç polis tərəfindən saxlanılıb. Məhkəmə qarşısına çıxarılan gənc barəsində həbs qərarı verilib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru