Ermənistan Qarabağı Rusiyanın köməyi ilə işğal edib` - Davudoğlu

15-02-2016, 18:37           


AzVision.az xəbər verir ki, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu Ukraynaya səfəri zamanı deyib. Baş nazirin sözlərinə görə, Rusiya Gürcüstan, Ukrayna və Suriyanın ərazi bütövlüyünü təhdid etməklə məşğuldur.

`Rusiya rəhbərliyinə demək istəyirik ki, SSRİ dövrü 25 il əvvəl bitib. Həmin dövrü təkrar yaşamaq Rusiyaya fayda verməyəcək`.

Ə. Davudoğlu Rusiyanı beynəlxalq hüquq normalarını pozmaqda günahlandırıb: "Hazırda Rusiya 3 ölkədə işğal siyasəti aparır. Bunlar Ukrayna, Gürcüstan və Suriyadır. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi də Rusiyanın dəstəyi ilə baş verib".

Türk diplomat əlavə edib ki, rəsmi Ankara Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və Krımın ilhaqını rədd edir: `Krım tatarların ana yurdudur. 1944-cü ildə zülmə məruz qalaraq torpaqlarından deportasiya edilən tatarların hüquqlarını müdafiə etməkdən məmnunluq duyuruq. Krım Ukraynanın bir hissəsidir.`












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.