Jirinovski rusların arzusunu dilə gətirdi:Türkiyə ərazisini belə parçalamaq olar

16-02-2016, 21:44           
Jirinovski rusların arzusunu dilə gətirdi:Türkiyə ərazisini belə parçalamaq olar
Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovskiy Türkiyə ərazisini parçalamaq vasitələrindən bəhs edib.

SalamNews-un "Haberler"ə istinadla verdiyi xəbərə görə, Türkiyənin baş naziri Əhməd Davudoğlunun “Krımı tanımayacağıq” açıqlamasını şərh edən V.Jirinovskiy onu məlumatsızlıqda ittiham edib.

O deyib: "Türkiyənin baş naziri Ukraynada olarkən Krımı tanımayacaqlarını söyləyib.

Davudoğlu məlumatsız insandır. Biz Krımı Türkiyənin parçalandığı vaxt Kiçik Qaynarca anlaşmasına uyğun olaraq almışıq. Ukraynanın bununla heç bir əlaqəsi yoxdur. Türkiyənin məlumatsızlığı onu həmişə yarı yolda qoyur.

Cavab olaraq biz də Türkiyədəki Kürdüstanı müstəqil ölkə olaraq tanımalıyıq. Qərbi Ermənistanın torpaqlarını tələb etməliyik.

Bolqarıstan və Yunanıstan da öz tələblərini söyləyə bilər. Beləcə, türklərə torpaq qalmaz."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru