Azərbaycanlı oğlanlarla görüşən qırğız qızları təhqir olundu - VİDEO

16-02-2016, 21:57           
Azərbaycanlı oğlanlarla görüşən qırğız qızları təhqir olundu - VİDEO
Sosial şəbəkələrdə qırğız qızlarının azərbaycanlı oğlanlarla görüşdüyünə görə təhqir olunduğu video yayılıb.

Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, fevralın 15-də Facebook-da yerləşdirilən videoda bir neçə oğlan qırğız dilində qızları təhqir edir. Hadisənin Moskva vilayətinin Kolomna şəhərindəki “Solo” klubunda baş verdiyi iddia olunur.

“Niyə kameraya düşməkdən çəkinirsən, amma azərbaycanlılarla kafeyə getməkdən yox?”-deyə videodakı gənclərdən biri soruşur. Qızlardan biri isə qırğız kişilərindən məyus olduğunu və ona görə başqa millətlərin nümayəndəsi ilə görüşdüyünü deyir. Sonda gənclərdən biri onlara “azərbaycanlılar qırğız deyil”-deyə qışqırırlar.

Artıq Qırğızstan Daxili İşlər Nazirliyi faktla bağlı məlumat yayaraq, videodakı şəxslərin tapılması istiqamətində tədbirlər görəcəyini deyib. Lakin qurum hadisəınin Rusiya ərazisində baş verməsi səbəbindən ilk növbədə həmin ölkənin hüquq-mühafizə orqanlarının məsələyə baxmalı olduğunu deyib. Hadisə qırğız cəmiyyətində ciddi müzakirələrə yol açıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru