Ərdoğan Rusiya və Suriyanı kürd terrorçuları üçün dəhliz yaratmaqda ittiham edib
17-02-2016, 09:24
Rusiya və Suriya hökumət qoşunları Suriyanın şimalında dinc əhalinin öldürülməsinə yönələn amansız əməliyyat keçirirlər. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Rusiya və Suriya qüvvələri Türkiyə sərhədinə doğru irəliləyərək kürd silahlıları üçün dəhliz yaradıblar.
Ərdoğan həmçinin Türkiyənin müttəfiqlərinin tənqidini rədd edib: “Mən bizim Qərb müttəfiqlərimizə bir daha müraciət etmək istərdim: Suriyadakı PYD kürd qruplaşması və onun silahlı qanadı YPG terror təşkilatlarıdır və tarix onların formalaşmasına kömək edənləri bağışlamayacaq”