Tansu Çillərin gizli Qarabağ planı üzə çıxdı

17-02-2016, 16:40           
Tansu Çillərin gizli Qarabağ planı üzə çıxdı
Rusiya Federasiyasının birinci prezidenti Boris Yeltsinin əsas tərəfdarı (1993-cü ilə qədər) olmuş və daha sonra onun rəqibinə çevrilmiş çeçen siyasətçi Ruslan Xasbulatovla 1993-cü ildə Türkiyənin ilk qadın baş naziri Tansu Çillər arasında gizli görüş keçirilib. Həmin görüş zamanı Rusiyanın Cənubi Qafqazdan çıxması və Türkiyənin PKK terrorçularını təmizləmək məqsədilə Ermənistana girməsinə göz yumması barədə R.Xasbulatovla T.Çillər arasında ilkin razılıq əldə olunubmuş.

Publika.az xəbər verir ki, bu barədə müstəqil erməni yazarı, siyasi analitik Tatul Hakobyanın qələmə aldığı “Qarabağ gündəliyi: Yaşıl və qara” adlı kitabda qeyd olunur. Kitabda, həmçinin, deyilir ki, razılaşmaya görə, o zamankı Türkiyə hökuməti rəhbərliyi bütün bunların qarşılığında Ruslan Xasbulatovun Boris Yeltsinə qarşı mübarizəsinə yaxından dəstək verəcəkmiş: “Hətta həmin dövrdə Ankara hökuməti İrəvana qarşı təzyiqləri artırmaqla yanaşı, Ermənistanın PKK terrorçuları ilə yaxın əməkdaşlıq etməsi barədə müxtəlif açıqlamalar verirdi.

Eyni zamanda, Tansu Çillər iqtidarda olduğu dövrdə dəfələrlə İraq, İran, Suriya və Ermənistanı kürd terrorçularına dəstək verməkdə günahlandırırdı”. Erməni yazar xatırladır ki, Yunanıstanın Ermənistandakı keçmiş səfiri Leonidas Xırizantopulos öz xatirələrində Türkiyənin 1993-cü ildə Ermənistana hücum etməyə hazırlaşdığını yazırdı: “O dövrdə Azərbaycan öz ərazilərini itirdikcə, Türkiyənin Ermənistana qarşı təzyiqləri daha da artırdı...”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.