Çavuşoğludan Bakıda Əsəd açıqlaması - "PYD lideri şəxsən Əsədin özündən təlimat alıb..."

18-02-2016, 20:31           
Çavuşoğludan Bakıda Əsəd açıqlaması - "PYD lideri şəxsən Əsədin özündən təlimat alıb..."
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda Azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüşüb.

Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında danışan Çavuşoğlu Ankarada baş vermiş terrorla bağlı Türkiyə ilə həmrəylik göstərdiyi üçün Azərbaycana təşəkkür edib. Çavuşoğlu Ankaradakı olayla bağlı sensasion açıqlamalar verib.

"PYD/YPG-nin tərkibində Qəndildən gələn PKK-çılar var. Bizdə kəşfiyyat məlumatları var. PYD lideri Saleh Müslim Suriya rejimi tərəfindən Qəndildən çağrılıb. Türkiyəyə qarşı hücumlar təşkil etmək üçün bir başa Əsədin özündən təlimat alır. Bütün sənəd və məlumatlar bizdə mövcuddur."

Terror hücumu səbəbilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının (YDSK) V iclasının təxirə salındığını deyən Çavuşoğlu, toplantının ən qısa zamanda keçriləcəyini , iki ölkə arasındakı əlaqələri daha da inşikaf etdirmək üçün qətiyyətli olduqlarını bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.