“Dərin dövlət”in “Çakır”ı anasının dəfnində

19-02-2016, 00:16           

Türkiyənin yeraltı dünyasının məşhur ismi Ələddin Çakıcının anası Şakirə Çakıcı dəfn edilib. Dəfn mərasimində hazırda məhkumluq həyatı yaşayan Ələddin Çakıcı da qatılıb.

Türkiyə Ədliyyə Nazirliyi Ələddin Çakıcının dəfn mərasimində iştirakına xüsusi icazə verib və o həbsxanadan müvəqqəti buraxılıb.

Dəfn mərasimində yüksək təhlükəsizlik tədbirləri görülüb. Gətirilən çələnglər də yoxlanılıb.

Dəfn zamanı Ələddin Çakıcının qandalları çıxarılıb. O, anasının tabutu başında göz yaşlarını saxlaya bilməyib.


Qeyd edək ki, “Kurtlar vadisi” serialındakı Süleyman Çakır obrazının Ələddin Çakıcını canlandırdığı iddia edilir. (Musavat.com)
Tanrı ona rəhmət eləsin!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru