Ankara teraktını bu qruplaşma üzərinə götürdü

19-02-2016, 23:04           

Keçmiş PKK üzvlərindən ibarət terror qruplaşması Ankara terrorunun məsuliyyətini öz üzərinə götürüb.

Axar.az Röyter-ə istinadən xəbər verir ki, onlar bu əməllərini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürdlərə qarşı olan münasibətinin cavabı olaraq dəyərləndiriblər.

Terrorçular prezidentin kürdlərə qarşı münasibətini dəyişməyəcəyi təqdirdə, terrorun ardının gələcəyini bildiriblər.

Xatırladaq ki, 17 fevralda Türkiyənin paytaxtı Ankara şəhərində törədilən terror aktı nəticəsində 28 nəfər dünyasını dəyişib. Teraktın PKK-nın Suriya qolu olan YPG tərəfindən həyata keçirildiyi təsdiqlənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru