“TRT Haber”: “Təhlükəsizlik qaynaqları Ermənistanın gərginliyi artıran siyasətə geri döndüyünü açıqladı…”- BƏZİ ÖLKƏLƏRİN DƏSTƏYİ İLƏ

26-07-2021, 08:31           
“TRT Haber”: “Təhlükəsizlik qaynaqları Ermənistanın gərginliyi artıran siyasətə geri döndüyünü açıqladı…”-
Türkiyənin “TRT Haber” telekanalı təhlükəsizlik qaynaqlarına istinadən Ermənistanın “qeyri-konstruktiv və gərginliyi artıran siyasətinə geri döndüyünü” bildirir. Telekanal bu məlumatı Azərbaycan-Ermənistan dövlət sərhədi boyu son günlər erməni tərəfinin qızışdırıcı əməllərinin artması ilə bağlı yayıb. Lakin mənbə olaraq hansı ölkənin-Türkiyənin, yaxud Azərbaycanın təhlükəsizlik qaynaqlarından söhbət getdiyi dəqiqləşdirilmir.

“Təhlüksizlik qaynaqları sərhəddə baş verən son atışmaları Ermənistanın qeyri-konstruktiv və gərginliyi artıran siyasətinə geri dönməsinin göstəricisi kimi qiymətləndirir”,-məlumatda bildirilir.

“Bəzi ölkələrin dəstəyi və cəsarətləndirməsi ilə Ermənistan bu təxribatlara əl atır”,-mənbələr deyib.

Həmin qaynaqlar Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın müdafiə naziri Vaqarşak Arutyunyanın yerinə Baş qərargah rəisinin müavini, general Arşak Karapetyanı təyin etdiyini xatırladıb. Karapetyanın “sərt mövqeli general olduğunu” bildirib.

“TRT Haber”-ə danışan mənbələr xatırladıb ki, Azərbaycan işğal edilmiş torpaqlarını Vətən müharibəsi nəticəsində geri qaytarıb, amma Azərbaycanla Ermənistan arasındakı sərhəd xəttində ixtilaflar davam edir. Mənbələr deyiblər ki, Azərbaycan prezidenti İlham Əliyevin sülh və dialoq çağırışlarına Ermənistan tərəfi konstruktiv cavab vermir.

virtualaz.orgшаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.