​Azərbaycanlı pilot Türkiyəliləri heyrətləndirdi - VİDEO

2-08-2021, 18:14           
​Azərbaycanlı pilot Türkiyəliləri heyrətləndirdi - VİDEO
Azərbaycanlı yanğınsöndürənlərin Türkiyədə göstərdiyi fədakarlıq qardaş ölkənin mediasının da diqqətindədir.

Teref.az mətbuat.az-a istinadən xəbər verir ki, yayılan görüntülərdə Fövqəladə Hallar Nazirliyinə məxsus amfibiya təyyarəsinin yanğınsöndürmə işlərində fəal iştirak etdiyi müşahidə olunur. Pilotumuzun yerə yaxınlaşaraq, suyu alovun üzərinə dəqiq boşaltması türklərin alqışını qazanıb.

Qeyd edək ki, bəzi hallarda pilotlar yanğına bu qədər yaxınlaşmağa cəsarət etmirlər. Onlar təhlükə ilə üzləşməmək üçün suyu alovun üzərinə yuxarı məsafədə boşaldırlar ki, bu da səmərəli nəticə vermir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru