Türkiyə Rusiyadan daha bir S-400 sistemi alacaq

8-09-2021, 00:14           
Türkiyə Rusiyadan daha bir S-400 sistemi alacaq
“Türkiyənin ikinci mərhələ S-400 almaq məsələsində heç bir tərəddüdü yoxdur. Çünki biz masa arxasında oturub bu məsələni müzakirə edərkən bütün danışıqlar iki mərhələ üzərində aparılıb”.

APA-nın yerli bürosunun “CNN-Türk”ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru İsmail Demir bildirib.
İ.Demir deyib ki, bu səbəbdən də ikinci S-400 sisteminin alınması ilə bağlı yeni müqavilə imzalanmayıb: “Birinci sistemin tədarükü oldu, çatdırıldı. İkinci sistemlə bağlı isə ortaq istehsal, müəyyən texnologiya məsələləri və bəzi təfərrüatlar var ki, həll olunmalıdır. Yoxsa “Türkiyə birinci sistemi aldı, düşündü və ikincini almağa qərar verdi” deyə, bir şey yoxdur. Rusiya tərəfindən də bununla bağlı verilən açıqlamada əslində ikinci sistemin alınması ilə bağlı mərhələnin sonuna gəlindiyi ifadə edilir. Sadəcə hələ ki, ikinci S-400 sisteminin alınması ilə bağlı yeni müqavilə yoxdur, bu istiqamətdə proses davam edir”.

İ.Demir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya gözlənilən səfəri zamanı S-400 zenit-raket hava hücumundan müdafiə sistemilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə müzakirə olmayacağını diqqətə çatdırıb: “Bu, artıq dövlət başçıları səviyyəsində müzakirə ediləcək bir məsələ deyil. Danışıqlar aparılıb, iki sistemlə əlaqədar müqavilə imzalanıb. Bundan sonra dövlət başçılarımız tərəfindən bu məsələ ilə bağlı hər hansı bir addımın atılmasını gözləmək, çox da doğru yanaşma deyil”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru