Türkiyə "əzəli düşməni" ilə barışdı

8-09-2021, 08:51           
Türkiyə "əzəli düşməni" ilə barışdı
Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) gərginliyi artıran və iqtisadiyyata zərər verən anlaşılmazlıqları nəzarətə aldı.

Axar.az xəbər verir ki, bu barədə “Röyters”in məlumatında deyilir.

“Səlahiyyətlilər və diplomatlar illər boyunca təhqirlərdən sonra əzəli düşmənlər Türkiyə və BƏƏ-nin, Liviya daxil olmaqla, bir çox sahədə gərginliyi azaltdığını düşünürlər. Hər iki ölkə arasında ciddi siyasi fərqliliklər və ideoloji ayrılıqlara baxmayaraq, iqtisadi mövzulara köklənməsi gözlənilir”, - deyə bildirilib.

Məqalədə deyilir ki, hələ bir il öncə Ərdoğan İsraillə diplomatik əlaqələri gücləndirən BƏƏ ilə əlaqələri kəsəcəyini söyləmişdi. Buna baxmayaraq, bu gün BƏƏ rəsmiləri Türkiyə ilə səhiyyə, enerji, logistika, ticarət sahələrində əlaqələrin inkişaf edəcəyindən əmindir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru