Türkiyə ordusu Suriyanın şimalında daha 4 terrorçunu məhv edib 8-09-2021, 19:36 Türkiyə ordusu Suriyada daha 4 PKK/YPG terrorçusunu zərərsizləşdirib.Cebhe.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter səhifəsində məlumat verilib.Bildirilib ki, “Barış Pınarı” əməliyyatının keçirildiyi bölgədə hücuma cəhd edən 4 PKK/YPG terrorçusu zərərsizləşdirilib.Qeyd edək ki, bununla da bu gün Suriyanın şimalında zərərsizləşdirilmiş terrorçuların sayı 17-yə yüksəlib. Facebook-da paylaş