Ailələr arasında düşmənçilik qanla bitdi: Bir nəfər öldürüldü, dördü yaralandı - VİDEO

10-09-2021, 07:47           
Ailələr arasında düşmənçilik qanla bitdi:
Türkiyənin Adana şəhərində ailələr arasındakı münaqişə ağır cinayətlə bitib.

“İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, hadisə ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Belə ki, bir ailənin dörd üzvü maskalı halda, motosikletlərlə düşmənçilik etdikləri ailənin evinə basqın ediblər.

Evə daxil olan maskalı və silahlı şəxslər bir kişini qətlə yetirib, biri qadın olmaqla daha üç kişini yaralayıblar.

Cinayəti törədən şəxslər dərhal motosikletə minərək ərazidən uzaqlaşıblar. İnsidentin digər təfərrüatı barədə məlumat verilmir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru