Türkiyədən Ərəb Liqasına ETİRAZ

10-09-2021, 21:50           
Türkiyədən Ərəb Liqasına ETİRAZ
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Ərəb Liqasının qərarına etirazını bildirib.

Modern.az xəbər verir ki, bu barədə XİN-in saytında məlumat yayılıb.
Bildirilib ki, Türkiyə qərarlı və prinsipial mövqeyi ilə ərəb ölkələrinin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini qoruması üçün ən çox əmək sərf edən ölkələrdəndir:
“Türkiyənin milli təhlükəsizliyinə və maraqlarına qarşı təhdidlərlə beynəlxalq hüquq çərçivəsində mübarizəsinin Ərəb Liqası tərəfindən tənqid edilməsi qəbuledilməzdir və heç bir məna daşımır”.
Xatırladaq ki, Ərəb Liqası ölkələri Türkiyəyə qarşı bir sıra qərarlar qəbul edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru