Türkiyə İŞİD-i bombaladı

13-03-2016, 11:53           

Türkiyə artilleriyası İŞİD-in Suriyanın şimalındakı mövqelərinə zərbələr endirib. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, zərbələr Suriya ilə həmsərhəd Kilis əyalətindən endirilib.

Məlumata görə, zərbələrə İŞİD-in Suriyanın Halfeti, Karamezra, Düden, İzzətiyə və Qarakörpü yaşayış məntəqələri ətrafındakı mövqeləri məruz qalıb.

Türkiyə hərbçiləri bölgədə təhlükəsizlik tədbirlərini gücləndiriblər. Türkiyə-Suriya sərhədi boyunca səddin ucaldılması davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru