Çavuşoğlu BƏYAN ETDİ: Türkiyə Rusiyanın bu addımını qəbul etməyəcək

2-12-2021, 17:23           
Çavuşoğlu BƏYAN ETDİ:
“Türkiyə Krımın ilhaqını qəbul etməyəcək”.

Metbuat.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Stokholomda ATƏT toplantısı zamanı belə deyib. O bildirib ki, Türkiyə bölgədə yaşayan krımlıların və tatarların hüquqlarının pozlumasından narahatdır. Diplomat Cənubi Qafqazdakı vəziyyətə də toxunub. Çavuşoğlunun sözlərinə görə, bölgədə davamlı sülh üçün fürsət yaranıb. “Minsk qrupunun həmsədrləri də yeni reallıqlara uyğun olaraq dəstək verə bilərlər”- deyə diplomat qeyd edib.

Qeyd edək ki, ATƏT ölkələrinin Xarici İşlər nazirlərinin toplantısında Sergey Lavrov da iştirak edir. Çavuşoğlu ilə Lavorv arasında görüş gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru