Maaş artımından danışırdı, Ərdoğanı görüb təkzib etdi – Video

2-12-2021, 18:24           
Maaş artımından danışırdı, Ərdoğanı görüb təkzib etdi – Video
Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi tədbirdə jurnalistlərə verdiyi açıqlama ilə gündəmə gəlib.

Busaat.az Türkiyə mediasına istinadən xəbər verir ki, nazir həkimlər üçün nəzərdə tutulan artımlarla bağlı sualları cavablandırıb. O, artımın maaş və təqaüdlərə şamil ediləcəyini bildirib.

Bu zaman F. Qocanın yanından keçən Ərdoğan jurnalistlərdən nazirin nə dediyini soruşub.

Ərdoğan üzünü jurnalistlərə tutaraq deyib: “Nə dedi? Pul dedimi?”

Səhiyyə naziri isə “Mən elə bir şey demədim. Siz icazə vermədən elə bir şey deyərəmmi?”, – deyə bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru