SİPRİ: ASELSAN dünyanın 51-ci ən böyük şirkətidir

6-12-2021, 17:57           
SİPRİ: ASELSAN dünyanın 51-ci ən böyük şirkətidir
Mərkəzi qərargahı İsveçdə yerləşən Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) dünyanın 100 ən böyük silah şirkətini açıqlayıb. Ordu.az xəbər verir ki, siyahıda Türkiyənin müdafiə sənayesi sektorunun ən böyük şirkəti olan ASELSAN da var.

ASELSAN SİPRİ-nin siyahısında 51-ci yerdədir. Şirkət 2020-ci ildə 2,2 milyard dollar silah satışı həyata keçirib. Bu 2019-cu illə müqayisədə 12% çoxdur.

Ankarada yerləşən şirkətin əsas fəaliyyət sahəsi hava, quru və dəniz qüvvələri üçün müasir hərbi məhsulların tədqiqatı, inkişafı və istehsalıdır. Şirkət Türkiyə Silahlı Qüvvələrinin əsas podratçılarından biridir. ASELSAN “Defence News” jurnalı tərəfindən gəlir baxımından 48-ci ən böyük müdafiə şirkəti olaraq müəyyən edilib. Türkiyə Ordusu Fondu şirkətin qurucusu və əsas səhmdarıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru