“Bunun bədəlini çox ağır formada ödəyəcəksiniz” - Ərdoğan

7-12-2021, 07:48           
“Bunun bədəlini çox ağır formada ödəyəcəksiniz” - Ərdoğan
“Cənubi Kiprin Larnaka şəhərində məscidlərimizə qarşı keçirilən əməliyyatlar cavabsız qalmayacaq”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Təəssüf ki, Cənubi Kiprin Larnaka şəhərində məscidlərimizə qarşı əməliyyat keçirilib. Cənubi Kiprdəki bu əməliyyat qarşılıqsız qalmayacaq. Partiyanın (AKP) sözçüsünün bu barədə dəqiq açıqlamaları var. Məbədlərimizə belə təxribatlarla getməyin bədəlini çox ağır formada ödəyəcəksiniz, bunun arxasında kimlərin dayandığını axtarırıq. Bizim Cənubi Kiprdə 6 məscidimiz var, onların təhlükəsizliyini Cənubi Kipr rəhbərliyi həyata keçirməlidir. Gözləntim budur ki, onlar da bizim onlara verdiyimiz zəmanəti verəcəklər”, – Ərdoğan bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru