“Fitch”: Türkiyə Mərkəzi Bankının faiz endirimi makroiqtisadi sabitlik üçün riskdir

9-12-2021, 17:13           
“Fitch”: Türkiyə Mərkəzi Bankının faiz endirimi makroiqtisadi sabitlik üçün riskdir
“Türkiyə Mərkəzi Bankının faiz dərəcələrini daha da aşağı endirməsi makroiqtisadi sabitlik üçün risk yaradır. Buna görə də inkişaf etmiş ölkələrin faiz artımına qarşı bölgənin ən həssas ölkəsi Türkiyədir”.

“Margin.az” xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin araşdırma hesabatında qeyd olunub.

Agentlik faiz dərəcələrinin daha da aşağı salınması və ya qeyri-ənənəvi tədbirlərin makroiqtisadi sabitlik üçün risk yaratdığını bildirib. Belə ki, inflyasiyanın yüksəldiyi bir vaxtda faiz endirimlərinin davam etməsi və türk lirəsinin ucuzlaşması Türkiyənin daha çox məzənnə şoku yaşamasına səbəb ola bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.