Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi: "Ermənilər atəşkəsi 203 dəfə pozublar"

10-12-2021, 16:25           
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi: "Ermənilər atəşkəsi 203 dəfə pozublar"
Atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayandan indiyədək erməni qüvvələrinin 203 dəfə atəşkəsi pozduğunu qeydə alıb.

“Report” xəbər verir ki, məlumatı “TRT Haber” telekanalı yayıb.

Televiziya əməkdaşı Fatih Avanosu mərkəzə ezam edib.

Mərkəzin 11 aydır fəaliyyət göstərdiyini vurğulayan F.Avanos burada 60 türk hərbçisinin xidmət etdiyini, onlardan 13-nün PUA operatoru olduğunu bildirib.

Müxbirin sözlərinə görə, atəşkəs pozuntuları barədə həm Azərbaycan, həm də Ermənistan tərəfinə məlumat göndərilir.

Jurnalist atəşkəs pozuntularının necə hesablandığına da aydınlıq gətirib: “Əslində, bu pozuntuların daha çox olduğunu bilirik. Ancaq türk hərbçilər eyni müddətdə təkrarlanan pozuntuları atəşkəsin pozulması üzrə bir fakt kimi qeydə alırlar. Beləliklə, atəşkəs pozuntuların minimum sayı 203-dür”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru