Türkiyənin Milliyətci Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı ölkənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu sərt tənqid edib.
Modern.az xəbər verir ki, Baxçalı özünün sosial media hesabında CHP-nin HDP-dən (Xalqların Demokratik Partiyası) fərqlənmədiyini bildirib.
"Artıq CHP-ni HDP-dən, Kılçdaroğlunu isə terrorçu Dəmirtaşdan, terrorçu Karayılandan fərqləndirmək demək olar ki, mümkün deyil. Əlinə, dilinə hakim ola bilməyən, şüurunu, ruhunu oğurlayan Kılıçdaroğlu istiqaməti itmiş, iradəsi terrorun embarqosuna məruz qalmış bir adamdır", - deyə o qeyd edib.