Türkiyə əsgərlərinin şəhid edildiyi regionda 20 terrorçu zərərsizləşdirilib

11-12-2021, 08:02           
Türkiyə əsgərlərinin şəhid edildiyi regionda 20 terrorçu zərərsizləşdirilib
Türkiyə ordusu son 2 gündə 20 terrorçunu məhv edib. “Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə milli müdafiə naziri Hulusi Akar bildirib.

Nazir qeyd edib ki, İraqın şimalındakı Avaşin-Basyan bölgəsində Türkiyə ordusunun 3 əsgərini öldürən terrorçular da daxil olmaqla, dünən 6, bu gün 14 nəfər olmaqla, ümumilikdə 20 terrorçu zərərsizləşdirilib.

Hulusi Akarın sözlərinə görə, 2015-ci ildən İraq və Suriyada ümumilikdə 33 100 terrorçu, bu ilin əvvəlindən isə 2 619 terrorçu zərərsizləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru